Goranboyda 14 yaşlı qızı avtomobil vurub
14 Dekabr 2025, 19:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1265
19.02.2025, 21:40
Samux rayonunda 1964-cü il təvəllüdlü Südabə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızının əri Səmədə (adlar şərtidir - red.) xəsarət yetirib.
Oxu24.com demokrat.az-a istinadla xəbər verir ki, hadisə Samux rayonunun kəndində baş verib.
Südabə yaşadığı evin mətbəxində aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı qəndqabı ilə qəsdən Səmədin alın nahiyəsinə vurub, ona xəsarətlər yetirib.
Hadisəni törədən Südabə barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Südabə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində qeyd edib ki, zərərçəkmiş Səməd onun kürəkəni, yəni qızı Məlahətin əridir:
Həmçinin oxuyun
"Hadisə günü yaşadığım evin mətbəxində olan zaman Səməd evə gəldi. Səməd onun haqqında nalayiq ifadələr işlətməməsini deyərək, digər qızım Vüsalə ilə mübahisə yaratdı. Mübahisə zamanı Səməd qızımın baş nahiyəsinə əli ilə vuraraq, onu döydü. Mən həmin vaxt nə edəcəyimi bilmədim. Stolun üstündə olan qəndqabını əlimə alaraq Səmədin baş nahiyəsindən vurdum. Həmin vaxt qəndqabı hissələrə bölünərək qırıldı. Qəndqabının qırıqları onun sağ əlinə xəsarət yetirdi. Sonra isə qızım Məlahət ilə həyətə çıxdıq. Səməd evdən çıxıb getdi".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmədin sözlərinə görə, məlum hadisə günü mobil telefonla danışan zaman baldızı Vüsalə onun ünvanına nalayiq ifadələr işlədib, onu söyüb, təhqir edib:
"Mən yaşadığım evdən çıxaraq Samux rayonunun kəndinə gəldim. Kolayır kəndində baldızımdan haqqımda nalayiq ifadələr işlətməsinin səbəbini soruşdum. Həmin vaxt aramızda mübahisə oldu.
Mübahisə zamanı Vüsalə nalayiq ifadə işlətdiyinə görə, onun baş nahiyəsindən əlimlə vurdum. Mən Vüsaləni vuran kimi qayınanam Südabə baş nahiyəmə qəndqabını vurdu. Baş nahiyəmdən qan gəldiyini Vüsalə və Südabə görən zaman tez küçəyə qaçdılar. Mən Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, məlumat verdim.
Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Südabə 360 saat ictimai işlər cəzasına məhkum edilib.
20:16 / 14 Dekabr 2025
11
19:55 / 14 Dekabr 2025
37
19:50 / 14 Dekabr 2025
25
19:36 / 14 Dekabr 2025
34
19:27 / 14 Dekabr 2025
94
19:22 / 14 Dekabr 2025
52
18:57 / 14 Dekabr 2025
1868
17:55 / 14 Dekabr 2025
711
16:45 / 14 Dekabr 2025
1146
15:41 / 14 Dekabr 2025
908
15:09 / 14 Dekabr 2025
86
14:56 / 14 Dekabr 2025
186
14:08 / 14 Dekabr 2025
2142
13:58 / 14 Dekabr 2025
107
13:27 / 14 Dekabr 2025
123
13:18 / 14 Dekabr 2025
102
13:09 / 14 Dekabr 2025
140
12:54 / 14 Dekabr 2025
537
12:18 / 14 Dekabr 2025
1100
12:06 / 14 Dekabr 2025
2331
11:38 / 14 Dekabr 2025
111
11:30 / 14 Dekabr 2025
777
11:22 / 14 Dekabr 2025
86
10:43 / 14 Dekabr 2025
1134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.